Ceyranbatanda su kanalına düşmüş yeniyetmənin meyiti tapılıb - YENİLƏNİB 2

Ceyranbatanda su kanalına düşmüş yeniyetmənin meyiti tapılıb - YENİLƏNİB 2

Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” deyilən ərazisindən keçən hissəsində batmış şəxsin meyiti tapılıb.

“Report”un yerli bürosu xəbər verir ki, 2011-ci il təvəllüdlü İ.Ə-nin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

18:03

Ceyranbatan su kanalının Sumqayıt şəhərinin "Stansiya Sumqayıt" deyilən ərazisindən keçən hissəsində batan şəxsin kimliyi məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, 2011-ci il təvəllüdlü İ.Ə. ehtiyatsızlıqdan kanala yıxılıb.

    Onun axtarışları davam etdirilir.

    17:27

    Ceyranbatan su kanalının Sumqayıt şəhərinin "Stansiya Sumqayıt" adlanan ərazisindən keçən hissəsində bir nəfər batıb.

    Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

    Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Sumqayıt Regional Mərkəzinin müvafiq qüvvələri alınan məlumatla əlaqədar dərhal əraziyə cəlb edilib.