Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib

Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib

Bu gün veteran stolüstü tennisçilər arasında Azərbaycan çempionatına start verilib.

"Birxeber.Az"un məlumatına görə, “Şüa” idman kompleksində təşkil olunan yarışda Bakı, Sumqayıt, Gəncə, Şəmkir, Tovuz və Gədəbəydən ümumilikdə 60-a yaxın usta idmançı bacarığını göstərir.

Budəfəki turnirdə kişilər 4, qadınlar 1 yaş qrupunda mübarizə aparırlar. İdmançılar həm, şəxsi, həm də qoşa yarışlarda qalib və mükafatçıları müəyyənləşdirəcəklər.

Çempionatın final görüşləri sabah keçiriləcək. Fərqlənən iştirakçılara Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatları təqdim olunacaq.