ADB-nin toplantısında Orta Dəhlizlə bağlı panel müzakirəsi keçirilir

ADB-nin toplantısında Orta Dəhlizlə bağlı panel müzakirəsi keçirilir

Bu gün Tbilisidə Asiya İnkişaf Bankının (ADB) illik toplantısı çərçivəsində keçirilən panel müzakirəsində Avropa ilə əlaqə və Orta Dəhliz məsələləri müzakirə olunur.

"Birxeber.Az"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, müzakirə zamanı iştirakçılar Avropada əlaqənin yaxşılaşdırılması (bərpa olunan enerji və rəqəmsal əlaqə) və Avro-Asiya əlaqələrinin yenidən formalaşdırılması məsələlərini müzakirə edəcəklər.

“Avropa və Asiya arasında ticarət əlaqələrinin yaxşılaşdırılması yolu ilə regionda iqtisadi artımın və inteqrasiyanın stimullaşdırılmasında Orta Dəhlizin potensialı da müzakirə olunacaq”, - o bildirib.