Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb - YENİLƏNİB

Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb - YENİLƏNİB

Cəlilabad rayonunda baş verən yol qəzasında xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından "Birxeber.Az"un Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər xəstəxananın Təcili Yardım Şöbəsinə hospitalizasiya olunub.

Belə ki, 1985-ci il təvəllüdlü (kişi cinsli) şəxsə alt çənənin əzilmiş yarası, kürəkarxası nahiyəsinin qançırı, yuxarı sağ dirsəyin və sağ dizin irihəcmli əzilmiş yarası, 2008-ci il təvəllüdlü (qadın cinsli) şəxsə başın küt travması, üzün sağ səthinin şişkinliyi, səthi sıyrıqlar, 1997-ci il təvəllüdlü (kişi cinsli) şəxsə başın təpə nahiyəsinin əzilmiş yarası, yuxarı ətrafın küt travması, 1999-cu il təvəllüdlü (kişi cinsli) şəxsə sol əlin 4-cü daraq sümüyünün yerdəyişməyən sınığı diaqnozları təyin edilib.

Onlara zəruri tibbi yardımlar göstərildikdən sonra 3 nəfər ambulator müalicə üçün evə buraxılıblar.

Bir nəfərin isə stasionar müalicəsi davam etdirilir. Hazırda vəziyyəti qənaətbəxşdir.

18:39

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Birxeber.Az"un Muğan bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki "VAZ 2107" markalı minik avtomobilinin toqquşması nəticəsində dörd nəfər xəsarət alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.