Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO

Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO

Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası bərpa edilib.

Birxeber.Az-nın Tbilisi müxbiri xəbər verir ki, aksiyaçılar yenidən Rustaveli prospektini avtomobillər üçün bağlayıblar.

Etirazçılar hakim partiyanın "xarici təsir" qanunu əleyhinə müxtəlif şüarlar səsləndirirlər.

Əraziyə təcili yardım maşınları cəlb edilib.