Yens Andersson: Böyük klublarda qısa zamanda uğur tələb olunur

Yens Andersson: Böyük klublarda qısa zamanda uğur tələb olunur

Bəzən narahatlıq və qəzəb klub daxilində də olub. Böyük klublarda qısa zamanda uğur tələb olunur.

"Report"un məlumatına görə, bunu "Neftçi"nin idman direktoru Yens Andersson mətbuat konfransında deyib.

İsveçli funksioner hazırda uzun məsafəli hədəflərə enerji sərf etdiklərini bildirib: "Bazanın təmirinə vaxt ayırırıq. Bunun nəticəsini sabah "Zirə" ilə oyunda görməyəcəksiniz. Bəzən irəliyə doğru iki addım atmaq üçün bir addım geri getmək lazımdır"