Tbilisdə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb  

Tbilisdə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb   

Gürcüstanın paytaxtı Tbilisidə "Xarici agentlər haqqında” qanuna etiraz olara keçirilən aksiyada xəsarət alan 8 etirazçı bu gün xəstəxanaya yerləşdirilib.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, onlar müxtəlif xəsarətlər alıblar, vəziyyətləri qənaətbəxşdir. Yaralıların bədənlərinin müxtəlif nahiyələrində yaralar, həmçinin intoksikasiya və tənəffüs yollarının zədələnmələri var. Zərərçəkənlərdən biri artıq evə buraxılıb.

Həmçinin qeyd olunur ki, Rustaveli prospektində 20 təcili yardım briqadası cəlb olunub, həkimlər onlarla vətəndaşa, o cümlədən bir hüquq-mühafizə orqanının əməkdaşına yerindəcə tibbi yardım ediblər.