Nigeriyada yük maşını minaya düşüb, azı 10 nəfər ölüb

Nigeriyada yük maşını minaya düşüb, azı 10 nəfər ölüb

Nigeriyada yük maşınının minaya düşməsi nəticəsində azı 10 nəfər ölüb, 23 nəfər isə yaralanıb.

APA xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Hadisənin Nigeriyanın şimal-şərqində baş verdiyi bildirilir.

Zərərçəkənlər Çad gölünə gedən balıqçılar və fermerlər olub.

Hakimiyyət terror aktına görə ölkənin bu hissəsindəki radikal qruplaşmaların döyüşçülərinin məsuliyyət daşıdığını bəyan edib.