Birxeber.az / Nigeriyada yük maşını minaya düşüb, azı 10 nəfər ölüb

Nigeriyada yük maşını minaya düşüb, azı 10 nəfər ölüb

18-04-2024, 19:50

Nigeriyada yük maşınının minaya düşməsi nəticəsində azı 10 nəfər ölüb, 23 nəfər isə yaralanıb.

APA xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Hadisənin Nigeriyanın şimal-şərqində baş verdiyi bildirilir.

Zərərçəkənlər Çad gölünə gedən balıqçılar və fermerlər olub.

Hakimiyyət terror aktına görə ölkənin bu hissəsindəki radikal qruplaşmaların döyüşçülərinin məsuliyyət daşıdığını bəyan edib.

Geri qayıt