"PASHA Bank Georgia"nın səhmdarlarının pay bölgüsü dəyişib - Eksklüziv

"PASHA Bank Georgia"nın səhmdarlarının pay bölgüsü dəyişib -  Eksklüziv

"PAŞA Bank"ın Gürcüstan törəməsi "PASHA Bank Georgia"nın səhmdarlarının pay bölgüsü dəyişib.

"Birxeber.Az-Economics"in əldə etdiyi məlumata görə, "PAŞA Holdinq" törəmə bankdakı səhmlərini 9.80%-dən 14.94%-ə çatdırıb. Nəticədə, "PAŞA Bank"ın sözügedən bankdakı payı 90.20%-dən 85.06%-ə enib.

Qeyd edək ki, 2013-cü ildə Gürcüstan Mərkəzi Bankı "PASHA Bank Georgia"ya fəaliyyət lisenziyası verib və 2023-cü ilin sentyabr ayına kimi bankın 100% səhmdarı "PAŞA Bank" olub. Ötən ilin sentyabr ayında isə "PAŞA Holdinq" törəmə bankdan pay əldə edib.