UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab görüşləri keçiriləcək

UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab görüşləri keçiriləcək

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab görüşləri keçiriləcək.

"Birxeber.Az" xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ"ı 1/8 finalda mübarizədən kənarlaşdıran "Bayer 04" klubu ilk görüşdə evdə 2 cavabsız qolla qalib gəldiyi "Vest Hem"lə bu dəfə səfərdə üz-üzə gələcək.

İtaliya klublarının duelində “Roma” "San Siro" stadionunda “Milan”ın qonağı olacaq. Gecənin digər görüşlərində “Atalanta” doğma meydanda “Liverpul”u, "Marsel" isə "Benfika"nı qəbul edəcək.

Qeyd edək ki, yarımfinalda “Benfika” - “Marsel” və “Liverpul” – “Atalanta” cütünün qalibləri üz-üzə gələcək. “Milan” - “Roma” və “Bayer 04” - “Vest Hem” duellərinin qalibləri isə yarımfinal mərhələsinin digər görüşündə qarşılaşacaqlar.

UEFA Avropa Liqası
1/4 final, cavab oyunları
18 aprel

23:00. “Roma” (İtaliya) – “Milan” (İtaliya)
İlk oyun - 1:0.

23:00. “Atalanta” (İtaliya) – “Liverpul” (İngiltərə)
İlk oyun - 3:0.

23:00. “Vest Hem” (İngiltərə) – “Bayer 04” (Almaniya)
İlk oyun - 0:2.

23:00. “Marsel” (Fransa) – “Benfika” (Portuqaliya)
İlk oyun - 1:2.