Gəncədə 32 yaşlı kişi bıçaqlanıb

Gəncədə 32 yaşlı kişi bıçaqlanıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Birxeber.Az-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Sevinc qəsəbəsində qeydə alınıb.

1992-ci il təvəllüdlü Elyar Abbasov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, E.Abbasov tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.