Tahir Mirkişili: "Bir insanın əmək qabiliyyətini tam itirməsi 3 milyon manat zərər deməkdir"

Tahir Mirkişili: "Bir insanın əmək qabiliyyətini tam itirməsi 3 milyon manat zərər deməkdir"

Azərbaycanda bir insanın əmək qabiliyyətini tam itirməsi ölkə iqtisadiyyatına 3 milyon manat zərər vurur.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin Aqrar siyasət komitəsinin iclasında - “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirilən ictimai dinləmələrdə bildirib.

"Bir insanın əmək qabiliyyətini qismən itirməsi isə iqtisadiyyata 1 milyon manat ziyan vurur", - deyə o əlavə edib.