Azərbaycan və EBRD COP29 ərəfəsində keçiriləcək ilk bərpa olunan enerji hərracını dəyərləndirib

Azərbaycan və EBRD COP29 ərəfəsində keçiriləcək ilk bərpa olunan enerji hərracını dəyərləndirib

Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Avropa Enerji Qrupu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində reallaşdırılacaq ilk bərpa olunan enerji hərracı və digər layihələri dəyərləndirib.

“Report” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Əbu-Dabidə səfərdə olan energetika naziri EBRD-nin Avropa Enerji Qrupunun direktoru Qrzeqorz Zielinski ilə görüşüb.

“Görüşdə Enerji Effektivliyi Fondunun fəaliyyəti, enerji səmərəliliyi sahəsində pilot layihələrin həyata keçirilməsi, Azərbaycan (Naxçıvan) -Türkiyə-Avropa enerji xətti, Xəzər-Qara dəniz-Avropa yaşıl enerji dəhlizi, 1 QVt gücündə günəş-külək enerjisi layihələrinin şəbəkəyə qoşulması, enerji sisteminin modernləşdirilməsi ilə bağlı əməkdaşlığı müzakirə etdik. COP29 ərəfəsində reallaşdırılacaq ilk bərpa olunan enerji hərracı və digər layihələri dəyərləndirdik”, - deyyə P.Şahbazov bildirib.