Mixael Şumaxerin oğlu karyerasını “IndyCar” çempionatında davam etdirə bilər

Mixael Şumaxerin oğlu karyerasını “IndyCar” çempionatında davam etdirə bilər

“Formula 1” üzrə yeddiqat dünya çempionu Mixael Şumaxerin oğlu Mik Şumaxer karyerasını “IndyCar” çempionatında davam etdirə bilər.

“Report” xəbər verir ki, “Prema” komandası 25 yaşlı pilotu 2025-ci ildə keçiriləcək çempionatda heyətinə cəlb etməyi planlaşdırır.

Şumaxer hazırda “Prema”nın maraqlandığı alternativlərdən biridir. Adıçəkilən komanda 2025-ci ildən “IndyCar”da iki avtomobillə mübarizə aparacaq. Rəhbərlik onun uğurlu variant olacağını düşünür.

Qeyd edək ki, Mik Şumaxer hazırda “Formula 1”də çıxış edən “Mercedes” komandasının ehtiyat pilotudur.