Birxeber.az / Mixael Şumaxerin oğlu karyerasını “IndyCar” çempionatında davam etdirə bilər

Mixael Şumaxerin oğlu karyerasını “IndyCar” çempionatında davam etdirə bilər

17-04-2024, 18:40

“Formula 1” üzrə yeddiqat dünya çempionu Mixael Şumaxerin oğlu Mik Şumaxer karyerasını “IndyCar” çempionatında davam etdirə bilər.

“Report” xəbər verir ki, “Prema” komandası 25 yaşlı pilotu 2025-ci ildə keçiriləcək çempionatda heyətinə cəlb etməyi planlaşdırır.

Şumaxer hazırda “Prema”nın maraqlandığı alternativlərdən biridir. Adıçəkilən komanda 2025-ci ildən “IndyCar”da iki avtomobillə mübarizə aparacaq. Rəhbərlik onun uğurlu variant olacağını düşünür.

Qeyd edək ki, Mik Şumaxer hazırda “Formula 1”də çıxış edən “Mercedes” komandasının ehtiyat pilotudur.

Geri qayıt