Milli Hokkey Liqasında azarkeş rekordu qeydə alınıb

Milli Hokkey Liqasında azarkeş rekordu qeydə alınıb

Milli Hokkey Liqasında (NHL) azarkeş rekordu qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, müntəzəm mövsümün 1294 oyununda ümumilikdə 22 milyon 560 min 634 tamaşaçı olub. Bununla 2022/2023 mövsümünün (22 milyon 436 min 532 tamaşaçı) rekordu yenilənib. Cari mövsüm hokkey arenalarında orta hesabla tribunaların 97 faizi dolub.

NHL komandaları müntəzəm mövsümdə daha 18 oyun keçirəcəklər və bundan sonra Stenli Kubokunun pley-off mərhələsi başlayacaq.

Qeyd edək ki, NHL-in müntəzəm mövsümünün qalibi 81 görüşdə 114 xal toplayaraq sona bir tur qalmış birinci yeri təmin edən “Nyu-York Reyncers” komandası olub.