Gürcüstanın turizm gəlirləri rekord həddə çatıb, azərbaycanlılar 40 milyon dollar xərcləyib

Gürcüstanın turizm gəlirləri rekord həddə çatıb, azərbaycanlılar 40 milyon dollar xərcləyib

Bu ilin I rübündə Gürcüstanın turizm gəlirləri 807,7 milyon ABŞ dolları təşkil edib.

"Birxeber.Az"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankı məlumat yayıb.

Məlumata görə, bu, ötən illə müqayisədə 1,5 % çoxdur və Gürcüstan üçün rekord sayılır.

Yanvar-mart aylarında Gürcüstanda ən çox Rusiya vətəndaşları pul xərcləyib -171,2 milyon ABŞ dolları. Digər yerlərdə isə Türkiyə (117,51 milyon ABŞ dolları), Avropa İttifaqı ölkələri (108,3 milyon ABŞ dolları), İsrail (65,7 milyon ABŞ dolları) və Azərbaycan (40,6 milyon ABŞ dolları) qərarlaşıb.