KİV: G7 ölkələrinin XİN başçıları Rusiya ilə KXDR arasında hərbi əməkdaşlığı pisləyəcəklər

KİV: G7 ölkələrinin XİN başçıları Rusiya ilə KXDR arasında hərbi əməkdaşlığı pisləyəcəklər

“Böyük yedilik”(G7) ölkələrinin xarici işlər nazirləri görüşdə Rusiya və Şimali Koreya arasında hərbi əməkdaşlığın genişləndirilməsini "mümkün olan ən sərt şəkildə" pisləmək niyyətindədirlər.

Birxeber.Az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Bildirilib ki İtaliyanın Kapri adasında keçiriləcək görüşün yekununda nazirlər KXDR-dən Rusiyaya ballistik raketlərin ixracının dərhal dayandırılmasını tələb edəcək, eyni zamanda Ukraynaya dəstəklərini təsdiqləyəcəklər.