Argentina Danimarkadan F-16 qırıcıları alıb

Argentina Danimarkadan F-16 qırıcıları alıb

Argentina Danimarkadan 24 ədəd F-16 qırıcısı alıb.

APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Prezident Xavyer Miley və müdafiə naziri Luis Petri "X" sosial şəbəkəsində yayımlanan videoda satınalmanı elan ediblər.

“Bu yeni təyyarələrlə biz müdafiə siyasətimizdə transsendental addım atırıq”, - nazir bildirib.

Hökumətin rəsmi nümayəndəsinin sözlərinə görə, qırıcı təyyarələrin alınması Argentinaya 300 milyon dollara başa gəlib.