Slovakiya Rusiya və Belarusla mədəniyyət sahəsində əməkdaşlığı bərpa edib

Slovakiya Rusiya və Belarusla mədəniyyət sahəsində əməkdaşlığı bərpa edib

Slovakiyada Rusiya və Belarusla mədəniyyət sahəsində əməkdaşlığın dayandırlması barədə qərar ləğv edilib.

Birxeber.Az xəbər verir ki, bu barədə Slovakiyanın mədəniyyət naziri Martina Şimkoviçova 2022-ci ilin fevralın 24-dən sonra imzaladığı sərəncamı ləğv edib.

“Dünyada onlarla hərbi münaqişə baş verir və fikrimizcə, incəsənət və mədəniyyət xadimləri onlardan əziyyət çəkməməlidir”, - nazirliyin mətbuat katibi Pavel Çorba bildirib.

2022-ci ilin martında Slovakiyanın Mədəniyyət Nazirliyi Rusiya Federasiyası və Belarusla əməkdaşlığı qadağan edib.

O zaman nazir olan Natalya Milanova bunu Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı ilə izah edib.

Slovakiya Milli Partiyasını təmsil edən hazırkı nazir yanvarın 12-də sələfinin sərəncamını ləğv edib.