Tbilisidə etiraz aksiyası bərpa olunub - FOTO - VİDEO

Tbilisidə etiraz aksiyası bərpa olunub - FOTO  - VİDEO

Gürcüstanın paytaxtı Tbilisidə etiraz aksiyası bərpa olunub.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, vətəndaş cəmiyyəti təşkilatlarının çağırışı ilə parlament binasının qarşısına toplaşmış nümayişçilər hakim "Gürcü Arzusu" partiyasının yenidən parlamentə təqdim etdiyi "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinə etiraz edirlər. Aksiya iştirakçıları bir neçə dəqiqə əvvəl parlamentin qarşısındakı Rustaveli prospektini avtomobillərin hərəkəti üçün bloklayıblar. Əraziyə çoxlu sayda polis əməkdaşı cəlb edilib, təhlükəsizlik tədbirləri gücləndirilib.