Sabirabadda 28 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb

Sabirabadda 28 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb

Sabirabad rayon sakinini elektrik cərəyanı vurub.

“Birxeber.Az”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Polad Toğay kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1996-cı il təvəllüdlü Məmmədov Ramil Mübariz oğlunu iş zamanı ehtiyatsızlıqdan elektrik cərəyanı vurub. O, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.