İsrail Livanın cənubunu bombalayıb

İsrail Livanın cənubunu bombalayıb

İsrail Livanın cənubuna, ölkə ilə sərhəddəki Beyt-Hillel qəsəbəsinə aviazərbələr zərbələr endirib.

Birxeber.Az-nın “Al-Jazeera”ya istinadən xəbərinə görə, “Hizbullah”ın Əl-Hiyam şəhərindəki bazası da onların hədəfində olub.

Bildirilib ki, bu addım “Hizbullah”ın iki kamikadze-dronla İsrail ilə sərhədə hücumuna cavab xarakteri daşıyır.

Hadisə şahidləri silsilə partlayışların eşidildiyi barədə məlumat verib.

Qeyd edək ki, “Hizbullah”ın bir qədər əvvəl sərhəddəki Kiryat-Şimona şəhəri ərazisinə PUA-larla hücumu nəticəsində bir nəfər ölüb, ikisi isə yaralanıb.

Adı çəkilən terror təşkilatı özlərinə məxsus teleqram kanalları vasitəsilə hücumun baş verdiyini təsdiqləyib. Bildirilib ki, atılan raketlərin hər biri hədəfi zərərsizləşdirib.