Kreml: Rusiya və Türkiyə Qara dənizlə bağlı məsələləri müzakirə edirlər

Kreml: Rusiya və Türkiyə Qara dənizlə bağlı məsələləri müzakirə edirlər

Rusiya və Türkiyə bir çox müxtəlif mövzuları, o cümlədən Qara dənizlə bağlı məsələləri müzakirə edirlər.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Qeyd edək ki, “Reuters” agentliyi öz mənbələrinə istinadən Türkiyənin iki aydır ki, Ukrayna və Rusiya ilə Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinə dair saziş üzrə danışıqlar aparması barədə məlumat yayıb. Məlumatda Kiyevin sazişdən imtina etdiyi bildirilib.