Almaniya millisinin sabiq futbolçusu vəfat edib

Almaniya millisinin sabiq futbolçusu vəfat edib

Almaniya millisinin heyətində dünya çempionu olmuş Bernd Heltsenbayn vəfat edib.

“Birxeber.Az” xəbər verir ki, “Ayntraxt” klubunun sabiq futbolçusu 79 yaşında dünyasını dəyişib.

O, karyerası ərzində UEFA Kuboku və 3 dəfə Almaniya Kubokunu qazanıb.

Qeyd edək ki, Bernd Heltsenbayn Almaniya millisində 40 oyun keçirib. O, 1974-cü ildə dünya çempionu, 1976-cı ildə keçirilən Avropa çempionatında isə gümüş mükafatçı olub.