Rəşad Nəbiyev: "İlin sonunadək dövlət xidmətlərinin təxminən 40 %-i tam rəqəmsallaşdırılacaq"

Rəşad Nəbiyev: "İlin sonunadək dövlət xidmətlərinin təxminən 40 %-i tam rəqəmsallaşdırılacaq"

Bu ilin sonunadək Azərbaycanda təqdim olunan doğum, nikah, ölüm haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqəsinin tam rəqəmsallaşdırılması ilə bağlı müvafiq qanunvericiliyə dəyişikliklər ediləcək.

"Report" xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu gün Bakıda keçirilən "Insurtech" zirvə toplantısında deyib.

O bildirib ki, qeyd olunan sənədlər dövlət tərəfindən cəmiyyətə təqdim olunan xidmətlərin təxminən 40 %-ni əhatə edir: "Bununla bağlı qanunvericiliyə 250-dən artıq akt, müvafiq dəyişikliklər ediləcək.

Bu dəyişikliklərlə dövlət və biznes, dövlət və vətəndaş arasında olan tranzaksiyaların böyük əksəriyyəti artıq elektron formata keçəcək".