Rusiyalı turistlərin 10,42 %-i may bayramlarında Azərbaycana səyahət edəcək

Rusiyalı turistlərin 10,42 %-i may bayramlarında Azərbaycana səyahət edəcək

Rusiyalı turistlərin 10,42 %-i may bayramları üçün (aprelin 27-dən-mayın 12-dək) Azərbaycana aviabilet alıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz bəndi azdır.

Bununla da, Azərbaycan reytinqdə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1 pillə geriləyərək 4-cü pilləyə enib.

Rusiyalı turistlərin ən çox aviabilet aldığı ölkələr sıralamasında ilk 3-lükdə Özbəkistan (13,23 %-i), Belarus (12,55 %-i) və Türkiyə (11,9 %-i) qərarlaşıb.

Hesabat dövrünə Rusiyalı turistlərin 83,3 %-i daxili istiqamətlərə, 11,6 %-i qonşu ölkələrə, 4 %-i qeyri-MDB ölkələrinə, 1,1 %-i isə Avropa ölkələrinə aviabilet alıb. Daxili istiqamətlər üzrə aviabiletlərin əksəriyyəti Moskva (14,3 %-i), Sankt-Peterburq (10 %-i), Soçi (9,1 %-i), Kalininqrad (5,7 %-i) və Mineralnıye Vodıya (4,7 %) alınıb.