Aİ XİN başçıları İran-İsrail böhranından sonra atılacaq addımları müzakirə edəcəklər

Aİ XİN başçıları İran-İsrail böhranından sonra atılacaq addımları müzakirə edəcəklər

Avropa İttifaqının xarici işlər nazirləri (XİN) aprelin 16-da videobağlantı vasitəsilə keçiriləcək fövqəladə şura zamanı İranın İsrailə hücumlarından sonra regional eskalasiya riskinin azaldılmasına diqqət yetirəcəklər.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət məsələləri üzrə mətbuat katibi Piter Stano bildirib.

P.Stano bu gün Brüsseldə keçirdiyi brifinqdə bildirib ki, söhbət regionda eskalasiya təhlükəsindən gedir: “Xarici işlər nazirləri şurasının gündəliyində yalnız bir məsələ var”.

Sanksiyalara gəlincə, o, qeyd edib ki, İranın bir çox fiziki və hüquqi şəxsləri artıq Aİ-nin müxtəlif sanksiya rejimləri altındadır: “Şurada gələcək addımlar, Aİ və onun üzv ölkələrinin İranın eskalasiyasına necə reaksiya verməli olduğu müzakirə ediləcək”.

O vurğulayıb ki, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell və 27 üzv dövlət ötən bazar günü bildiriblər ki, regionda gərginliyin azaldılması istiqamətində işi davam etdirmək istəyirlər, çünki bu, son dərəcə gərgin vəziyyətdə daha da gərginləşmək heç kimin maraqlarına xidmət edə bilməz.