Tailandın xarici işlər naziri hökumətdəki dəyişikliklər fonunda istefa verib

Tailandın xarici işlər naziri hökumətdəki dəyişikliklər fonunda istefa verib

Tailandın xarici işlər naziri Panpri Phitthanukon hökumətdəki dəyişikliklər fonunda istefa verib.

"Report" xəbər verir ki, bu barədə “Nation” qəzeti məlumat yayıb.

Phitthanukonun sözlərinə görə, onun istefa qərarı hökumətin kadr dəyişikliyi ilə bağlı deyil.

“Hesab edirəm ki, baş nazirin müavini vəzifəsindən uzaqlaşdırılmağımın heç bir nailiyyətimin olmaması ilə əlaqəsi yoxdur. Ümid edirəm ki, Nazirlər Kabinetində bu dəyişikliklər ölkənin idarəçiliyini təkmilləşdirməyə, milli maraqların qorunmasında səmərəliliyi və şəffaflığı artırmağa kömək edəcək, mənə bu hökumətlə işləmək imkanı verdiyinə görə Baş nazirə təşəkkür etmək istərdim”, - istefa ərizəsində deyilir.

O, 2023-cü il sentyabrın 2-dən Tailand Xarici İşlər Nazirliyinə rəhbərlik edib.