Sinqapurun Baş naziri vəzifəsini tərk edir

Sinqapurun Baş naziri vəzifəsini tərk edir

Sinqapurun 72 yaşlı Baş naziri Li Syan Lun mayın 15-də vəzifəsini tərk edəcəyini açıqlayıb.

APA-nın “CNA” agentliyinə istinadən xəbərinə görə, o bildirib ki, vəzifəsini maliyyə naziri Lourens Vonqa ötürəcək.

O, həmin tarixdə rəsmən and içərək, vəzifəsinin icrasına başlayacaq.

Hazırkı hökumət rəhbəri xalqa müraciətində hər kəsi yeni Baş nazirə dəstək verməyə çağırıb:

“Hakimiyyət dəyişikliyi istənilən ölkənin həyatında mühüm əhəmiyyət daşıyır. Mən əminəm ki, xalq 51 yaşlı Lourens Vonqa və onun komandasına ölkəmizin gələcəyi naminə böyük etimad göstərəcək. Vonq ölkəmizi inkişafa doğru aparacaq”.