Azərbaycandan keçən tranzit yüklərin həcmi açıqlanıb

Azərbaycandan keçən tranzit yüklərin həcmi açıqlanıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 5257,3 min ton olub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, yüklərin 2 383,1 min tonu və ya 45,3%-i dəmir yolu nəqliyyatı, 1 656,6 min tonu və ya 31,5%-i avtomobil nəqliyyatı, 1 217,6 min tonu və ya 23,2%-i dəniz nəqliyyatı ilə daşınıb.

Dəhlizlər vasitəsilə daşınmış yüklərin 60,1%-i və ya 3 158,1 min tonunu tranzit yüklər təşkil edib”, - məlumatda qeyd olunub.