Kanadanın qadınlardan ibarət hokkey millisi dünya çempionu olub

Kanadanın qadınlardan ibarət hokkey millisi dünya çempionu olub

Kanadanın qadınlardan ibarət hokkey millisi ABŞ-nin Nyu-York şəhərində keçirilən dünya çempionatının qalibi olub.

“Report” xəbər verir ki, finalda ABŞ yığması ilə qarşılaşan kanadalılar əlavə vaxtda vurduqları qolla 6:5 hesablı qələbəyə seviniblər.

Üçüncü yer uğrunda görüşdə Finlandiya Çexiyaya qalib gəlib - 3:2.

Qeyd edək ki, Kanada millisi 13-cü dəfə dünya çempionu olub. ABŞ-nin hesabında 10 titul var. Şimali amerikalılardan başqa heç bir komanda mundialı qazanmayıb.