Lebron Ceyms yeni rekordla NBA tarixinə düşüb

Lebron Ceyms yeni rekordla NBA tarixinə düşüb

ABŞ-nin “Los Anceles Leykers” klubunun lideri Lebron Ceyms Milli Basketbol Assosiasiyasında (NBA) yeni rekorda imza atıb.

“Birxeber.Az” xəbər verir ki, 39 yaşlı basketbolçu müntəzəm mövsümün Qərb Konfransında “Nyu-Orlean Pelikans”la görüşdə 28 xal, 11 ribaund və 17 assistlə tripl-dabl edərək tarixə düşüb.

Bununla əfsanəvi basketbolçu karyerası ərzində NBA-da 40 min xal, 11 min ribaund və 11 min assistə çatan ilk oyunçu olub.

Qeyd edək ki, “Nyu-Orlean Pelikans” üzərində 124:108 hesablı qələbə qazanan “Los Anceles Leykers” Qərb Konfransında 8-ci pillədə qərarlaşıb.