KİV: İranın İsrailə aviazərbələri Baydenin bacarıqsızlığını göstərir

KİV: İranın İsrailə aviazərbələri Baydenin bacarıqsızlığını göstərir

“İranın İsrailə aviazərbələri ABŞ-nin, eləcə də birbaşa Co Baydenin bacarıqsızlığını göstərir”.

APA-nın məlumatına görə, bu barədə “Business Insider”’ portalı yazıb.

Məqalədə bildirilir ki, Co Bayden Administrasiyası Qəzza sektorunda vəziyyəti sabitləşdirmək iqtidarında deyil.

Beynəlxalq təhlükəsizlik üzrə ekspert Şon Makfeyt də hesab edir ki, İsrail-Fələstin münaqişəsində rəsmi Vaşinqton ardıcıl olaraq uğursuz addımlar atıb:

“ABŞ İranın İsrailə cavab verəcəyini bilirdi. Lakin bu addımın hansı zaman içərisində atılacağı da dəqiqliklə müəyyən edilməli idi. Digər tərəfdən zaman-zaman rəsmi Vaşinqtonun münaqişədəki mövqeyini dəyişikliklər müşahidə olunur. Söhbət ondan gedir ki, gah İsrailə hərbi dəstək göstərən Bayden Administrasiyası digər tərəfdən də Qəzza zolağına humanitar yardım göndərir. Bu isə İran da daxil olmaqla, körfəz ölkələrində qeyri-müəyyənliyə səbəb olur. Məhz belə uğursuz addımların nəticəsində bölgədə vəziyyət tamamilə nəzarətdən çıxıb”.