Azərbaycanda Milli İxrac Strategiyası iyula qədər təsdiqlənəcək

Azərbaycanda Milli İxrac Strategiyası iyula qədər təsdiqlənəcək

Bu ilin I yarısında Milli İxrac Strategiyasının təsdiqlənməsi nəzərdə tutulub.

"Report " xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, 2024-cü ildə "Made in Azerbaijan" və "İnvest in Azerbaijan" saytları tam təkmilləşmiş formada istifadəyə veriləcək və sahibkarlara xidmət göstərəcək.