COP29-dan gözlənilən yekun sənədlər üzrə danışıqlar gündəliyinə aydınlıq gətirilib

COP29-dan gözlənilən yekun sənədlər üzrə danışıqlar gündəliyinə aydınlıq gətirilib

COP29-dan gözlənilən yekun sənədlər üzrə danışıqlar gündəliyinə aydınlıq gətirilib.

APA xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) baş danışıqçısı, Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bu gün jurnalistlər üçün keçirilən COP29 Sədrliyinin ilk mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan konfransa ev sahibliyi mandatı çərçivəsində bütün iştirakçı tərəflərlə danışıqlar prosesinə şəffaflıq, inklüzivlik və neytrallıq prizmasından yanaşır. Bildirilib ki, COP29 danışıqlarının əsas mövzuları, o cümlədən iqlim maliyyələşməsi bütün tərəflərlə əhatəli şəkildə müzakirə olunur və danışıqların uğurlu nəticələnməsi istiqamətində mümkün həll yolları üzərində fəal iş aparılır.