Nigar Arpadarai: "COP29-a ciddi hazırlıq görülür"

Nigar Arpadarai: "COP29-a ciddi hazırlıq görülür"

Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ciddi hazırlıq görülür.

"Report" xəbər verir ki, bunu COP29-un İqlim üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai sessiyanın baş qərargahında keçirilən mətbuat konfransında bildirib.

"COP29 ən böyük platformalardan biridir, MDB ölkələri arasında ilk dəfə Azərbaycanda keçirilir. Hazırda iqlim dəyişikliyi ilə bağlı məsələlər ölkələrin gündəmindədir", - deyə o qeyd edib.