Ermənistan Rusiyadan siyasi sığınacaq alan bəzi şəxslərin ekstradisiyasına çalışır

Ermənistan Rusiyadan siyasi sığınacaq alan bəzi şəxslərin ekstradisiyasına çalışır

“Rusiyadan siyasi sığınacaq alan bəzi şəxslərin ekstradisiyasına çalışırıq”.

APA-nın “Sputnik Armenia”ya istinadən xəbərinə görə, bunu Ermənistanın baş prokuroru Anna Vardapetyan bildirib.

Onun sözlərinə görə, siyasi sığınacaq məsələsi bu prosesə ciddi əngəl yaradır. Bununla belə, baş prokuror ölkəyə təhvil verilməsi tələb olunanların adlarını açıqlamayıb.

Nəşrin məlumatına görə, hazırda Rusiyada mühacir həyatı yaşayan keçmiş Baş Qərargah rəisi Mikael Arutunyan, sabiq baş prokuror Gevork Kostanyan, İcra Baş İdarəsinin keçmiş rəisi Miqran Poqosyan və digər eks-məmurlara qarşı Ermənistanda cinayət işləri açılıb.