Qərb Konfransının lideri NBA-da yeni rekorda imza atıb

Qərb Konfransının lideri NBA-da yeni rekorda imza atıb

ABŞ-nin “Oklahoma Siti Tander” klubu Milli Basketbol Assosiasiyası (NBA) tarixində müntəzəm mövsümdə Qərb Konfransını birinci pillədə bitirən ən gənc kollektiv olub.

"Birxeber.Az"un məlumatına görə, komanda bunu “Dallas Maveriks”i 136:85 hesabı ilə məğlub etməklə bacarıb.

“Oklahoma Siti Tander”in orta yaş həddi 23,9-a bərabərdir. "Denver" ikinci, "Minnesota" üçüncü pillədə qərarlaşıb.