İsrailin XİN başçısı Britaniya və Fransaya təşəkkür edərək onları İrana sanksiya tətbiq etməyə çağırıb

İsrailin XİN başçısı Britaniya və Fransaya təşəkkür edərək onları İrana sanksiya tətbiq etməyə çağırıb

İsrailin xarici işlər naziri İsrael Kats britaniyalı və fransalı həmkarları ilə telefon danışığında İrana sanksiya tətbiq etməyə çağırıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə nazir Kats sosial şəbəkədə bildirib.

“Bu gün Böyük Britaniyanın xarici işlər naziri David Kemeron və Fransanın xarici işlər naziri Stefan Sejurne ilə danışdım, onlara dünən gecə İranın İsrailə hücumunu dəf etməkdə göstərdikləri köməyə görə təşəkkür etdim <…> Onlara İran rejimini zəiflətməyin, “Sepah”ı terror təşkilatı kimi tanımağın və İranın raket layihəsinə qarşı sarsıdıcı sanksiyalar tətbiq etməyin vaxtı çatdığını dedim”.

O əlavə edib ki, Tehran İsrailə hücumunun “bədəlini ödəməlidir”.