Şolts Yaxın Şərqdə gələcək gərginliyi qabaqlamaq üçün mümkün olan hər şeyi edəcəyinə söz verib

Şolts Yaxın Şərqdə gələcək gərginliyi qabaqlamaq üçün mümkün olan hər şeyi edəcəyinə söz verib

Gələcək gərginliyin qarşısını almaq üçün mümkün olan hər şeyi edəcəyik.

“Birxeber.Az” “Bild”ə istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts Çinə rəsmi səfəri zamanı İranın İsrailə hücumuna münasibət bildirərkən söyləyib.

“Gələcək gərginliyin qarşısını almaq üçün mümkün olan hər şeyi edəcəyik. Biz yalnız hər kəsə, xüsusən də İrana xəbərdarlıq edə bilərik ki, belə hərəkətləri davam etdirməsin”, – Almaniya hökumətinin başçısı deyib.

Yaxın Şərqdəki gərgin duruma görə Şolts səfər cədvəlini dəyişib və “Szyalin” gəmisindəki turu ləğv edib. Bunun əvəzinə kansler həmkarları xarici işlər naziri Annalena Berbok, daxili işlər naziri Nensi Fezer və müdafiə naziri Boris Pistoriusla əlaqə saxlayıb.

Şoltsun ​​yaşadığı hotel otağı əvvəlcədən dinləmə cihazlarının olub-olmaması üçün yoxlanılıb. Bundan başqa, kansler və nazirlər arasında söhbətlər üçün xüsusi şifrələmə texnologiyasından istifadə edilir.