Xaricdə olan Gürcüstan vətəndaşlarının əksəriyyəti Rusiyadadır

Xaricdə olan Gürcüstan vətəndaşlarının əksəriyyəti Rusiyadadır

27,3 min Gürcüstan vətəndaşı xaricdə rəsmi qeydiyyatdadır.

“Birxeber.Az”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Statistika Komitəsi məlumat dərc edib.

Xaricdə rəsmi qeydiyyatda olanlardan 23,3 mini böyüklər, 4 mini isə yetkinlik yaşına çatmayanlardır.

Belə ki, gürcülərin ən çoxu Rusiyadadır – 7 569 nəfər. Daha sonra Yunanıstanda 4 048, Ukrayna da isə 2 652 Gürcüstan vətəndaşı var.

Qeyri-rəsmi məlumatlara görə, bir milyona yaxın Gürcüstan vətəndaşı xaricdə yaşayır