Portuqaliya keçmiş müstəmləkələrə təzminat ödəməkdən imtina edib

Portuqaliya keçmiş müstəmləkələrə təzminat ödəməkdən imtina edib

Portuqaliya hökuməti müstəmləkə dövründə köləliyə görə təzminat ödəmək üçün hər hansı bir prosesə başlamaqdan imtina edib.

APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Ölkə hökuməti "münasibətləri dərinləşdirmək və tarixi həqiqətə hörmət etmək" istədiyini qeyd edib, lakin təzminat ödəməyə gəldikdə, "konkret tədbirlər proqramının olmadığını bildirib".