Birxeber.az / Xaricdə olan Gürcüstan vətəndaşlarının əksəriyyəti Rusiyadadır

Xaricdə olan Gürcüstan vətəndaşlarının əksəriyyəti Rusiyadadır

14-04-2024, 14:40

27,3 min Gürcüstan vətəndaşı xaricdə rəsmi qeydiyyatdadır.

“Birxeber.Az”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Statistika Komitəsi məlumat dərc edib.

Xaricdə rəsmi qeydiyyatda olanlardan 23,3 mini böyüklər, 4 mini isə yetkinlik yaşına çatmayanlardır.

Belə ki, gürcülərin ən çoxu Rusiyadadır – 7 569 nəfər. Daha sonra Yunanıstanda 4 048, Ukrayna da isə 2 652 Gürcüstan vətəndaşı var.

Qeyri-rəsmi məlumatlara görə, bir milyona yaxın Gürcüstan vətəndaşı xaricdə yaşayır

Geri qayıt