İordaniya İranın İsrailə atdığı onlarla PUA-nı vurub

İordaniya İranın İsrailə atdığı onlarla PUA-nı vurub

ABŞ və Böyük Britaniya ilə bərabər İordaniya da İranın İsrailə kamikadze pilotsuz uçuş aparatları (PUA) və raketlərlə hücumunun dəf olunmasında iştirak edib.

APA-nın xəbərinə görə, bu barədə “The Times of Israel” İsrail rəsmisinə istinadən məlumat yayıb.

Qeyd edilib ki, İordaniya hərbi təyyarələri ölkənin hava məkanına daxil olan onlarla İran PUA-sını vurub.