“Maşın bazarı”nda 4 mağaza yanıb - YENİLƏNİB-2

“Maşın bazarı”nda 4 mağaza yanıb - YENİLƏNİB-2

Bakı şəhərinin Babək prospektində yerləşən “Maşın bazarı” adlanan ərazidə baş vermiş yanğın nəticəsində ümumi sahəsi 400 kv.m. olan bir dam altında tikilmiş 32 ədəd müxtəlif təyinatlı mağazalardan 4 ədədi 48 kv.m. sahədə yanıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, digər mağazalar yanğından mühafizə olunub.

14.40

Bakı şəhərinin Babək prospektində yerləşən “Maşın bazarı” adlanan ərazidəki yanğının geniş sahəyə yayılmasına imkan verilməyib.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində “Maşın bazarı”ndakı yanğın qısa müddətdə tam söndürülüb.

14:13

Bakının Babək prospektində mağaza yanır.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd edilib ki, hazırda nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Yanğınsöndürmə işləri həyata keçirilir.