Bakıda evdə köməksiz vəziyyətdə qalan 2 azyaşlı xilas edilib - VİDEO

Bakıda evdə köməksiz vəziyyətdə qalan 2 azyaşlı xilas edilib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, Babək prospektində azyaşlıların evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə onmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq nəzarətsiz qalmış 2019 və 2021-ci il təvəllüdlü azyaşlıları xilas ediblər.