ABŞ hərbi bazasına hücum nəticəsində yaralananların sayı 34 nəfərə çatıb

ABŞ hərbi bazasına hücum nəticəsində yaralananların sayı 34 nəfərə çatıb

İordaniyanın şimal-şərqində, Suriya sərhədi yaxınlığında ABŞ hərbi bazasına pilotsuz uçuş aparatı (PUA) ilə hücum nəticəsində yaralanan hərbçilərin sayı 34-ə çatıb.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat yayıb.

Qeyd edilib ki, xəsarət alan hərbçilər yüksək səviyyəli tibbi yardım almaq üçün İordaniyadan təxliyə edilib.

Daha əvvəl PUA ilə hücum nəticəsində 3 amerikalı hərbçinin öldüyü, 25 nəfərin isə yaralandığı barədə məlumat verilmişdi.