Kürdə batan 2 nəfərin axtarışı aparılır
Kür çayının Ağcəbədi rayonundan keçən hissəsində 2 nəfər batıb.
FHN-dən APA-ya verilən xəbərə görə, hadisə rayonun Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində 2 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.